Çox xırda ölçülərə malik olub, digər mikroorqanizmləri keçirməyən bakterial süzgəclərdən süzülüb keçən və müəyyən hüceyrə quruluşu olmayan canlılara "Viruslar" adı verilir (latınca virus – heyvan mənşəli zəhər deməkdir). "Virus" termini ilk dəfə Hollandiya alimi Beyerinq tərəfindən təklif edilmişdir. Bu canlıların varlığını əvvəllər...
Onlar sevimlidirlər,
yumşaqdırlar,
dözümlüdürlər. Əgər onların kiçik su ayıları və ya ərincəklilər
olaraq adlandırıldığını da bilirsinizsə, ehtimal ki, alimlərin tardiqrada
adlandırdıqları bu mikroskopik canlılar haqqında iki şey də bilirsiniz: onlar
heyranedici canlılardır və hər şeydən sağ qala bilirlər.
Dondurucu soyuq? Təsir etmir. Ölümcül kimyəvi maddələr? Təsir etmir. Həddindən artıq...
Günümüzdə sayları çox olmasa da, bəzi insanlar özünü "aseksual" (heç bir cinsə seksual istək hiss etməyən və cinsi əlaqəyə maraq duymayan şəxs ) olaraq təsvir edir. Yaxşı bəs aseksuallıq "normal" bir fenomendir yoxsa xəstəlikdir? Təbiətdə aseksuallığın yeri nədir? İnsanlar şəxsi seçimlərinə görə...
İnsanları
çox qədim zamanlardan belə bir sual maraqlandırmışdır: necə olur ki oğlan və ya
qız övladı dünyaya gəlir? Bu suala tarix boyu, əvvəllər əqli mühakimə
yolu ilə, get-gedə müxtəlif bioloji elmlərin köməyi ilə cavab verməyə çalışmışlar. Bu sahədə müxtəlif
mühakimələr yüyürdülmüş, müxtəlif fərziyyələr
və nəzəriyyələr irəli sürülmüşdür. Biz bunların üzərində dayanmadan qeyd...
Müxtəlif bitki və heyvanların xromosomları üzərində meyoz zamanı aparılan mikroskopik tədqiqatlar göstərmişdir ki, konyuqasiyada olan hər bir cüt xromosom müxtəlif nöqtələrdə xromosom boyu bir-birilə xromatidlərlə çarpazlaşırlar. Bu çarpazlaşma nəticəsində X-ə bənzər fiqur alınır və alimlər bunu xiazm adlandırmışlar. Xiazmlar, əsasən meyozun diplotena mərhələsində homoloji xromosomlar bir-biri ilə...
Eukariot hüceyrələrin xromosomlarında histonların beş fraksiyası ayırd edilir: H1, H 2 A, H 2 B, H3, H 4. Histonlar müsbət yüklənmiş əsasi zülallardır, onlar DNT molekulu ilə çox möhkəm birləşmə əmələ gətirir və bununla da DNT-də olan irsi məlumatın köçürülməsinin qarşısını alır. DNT matrisinin qorumaqla transkripsiya prosesini...
Drozofil milçəyində və başqa həşəratlarda bədəninin bir tərəfi dişi, digər tərəfi erkəklik əlaməti olan fərdlər müşahidə edilmişdir. Bu cür mozaikliyin – kinandromorfizm- meydana çıxmasının mexanizmini izah etmək çətin deyildir.
X-xromosomundan birində iki resessiv gen–ağgözlülük (w) və rudiment qanadlılıq (m), o birində bunların...
Genetik tədqiqatlarda və seleksiya işində ən çox istifadə olunan üsullardan biri hibridləşmə üsuludur. Q. Mendel və ondan sonra bir sıra alimlər əlamətlərin irsən keçməsinin qanunauyğunluqlarını aşkar etmək üçün hibridləışmə üsulundan istifadə etmişdir. Seleksiyaçılar yüksək keyfiyyətli və məhsuldar bitki sortları almaq üçün hibridləşmə üsulundan geniş istifadə edirlər. Bu...
Spermatozoidlərin iştirakı olmadan yumurta hüceyrəsinin bölünərək inkişaf etməsi və bu qayda üzrə nəsil alınmasına partenogenez və ya qız çoxalma deyilir. Partenogenez təbii və süni olur.Təbii partenogenezdə yumurta hüceyrəsi daxili və ya xarici faktorların təsirindən bölünür və spermatozoidin iştirakı olmadan rüşeym inkişaf edir. Təbii partenogenez bəzi canlılar üçün...
İrsi əlamət və xassələrin xromosomlarda yerləşən genlər vasitəsilə nəsillərdən-nəsillərə ötürülməsi isbat edildikdən sonra hüceyrələrin nüvələrində xromosom sayının daha dərindən öyrənilməsinə başlanıldı. Xromosomlar genetiklərin diqqət mərkəzində oldu. Orqanizmlərin somatik hüceyrələrində xromosom sayı diploid (2n), cinsiyyət hüceyrələrində isə haploid say (n) adlandırıldı. Lakin sonralardan məlum oldu ki, hüceyrələrin...