Daltoniklər necə görür?

Post date:

Author:

Category:

Daltonizm haqqında bilmədiklərimiz

Daltonizm görmə pozulması ilə səciyyələnən, gözün bir və ya bir neçə əsas rəngləri fərqləndirə bilməməsinə deyilir. Daltonizm bir irsi xəstəlikdir və X-xromosomunun qüsuru ilə əlaqəlidir. Hətta bəzi hallarda müxtəlif göz və sinir xəstəliklərinin nəticəsi ola bilər. Kişilər genetik xüsusiyyətlərinə görə qadınlarla müqayisədə daltonizmdən 20 dəfə daha çox əziyyət çəkirlər. Qeyd etmək lazımdır ki, bu vəziyyət onun yaranma səbəblərindən asılı olmayaraq sağalmazdır.

Daltonizmin üstünlükləri

İstənilən resessiv genetik xüsusiyyətlər ümumilikdə 5%-dən yuxarı olarsa, uzunmüddətli perspektivdə müəyyən üstünlüklər daşıyır. Vaxtilə ABŞ ordusunda aşkar etmişlər ki, daltoniklər normal görmə qabiliyyəti olan insanlardan fərqli olaraq “kamuflyaj” paltar geyinmiş adamların yerini müəyyən edə bilirlər.

Daltonizmin digər bir üstünlüyü isə qadınlarda tetraxromatiyanın (dörd rəng duyma qabiliyyəti) mümkün ola bilməsidir. Qeyd etmək lazımdır ki, normal insanlar cəmi üç rəng görmə qabiliyyətinə malikdirlər (qızmızı, göy, yaşıl). Daltonizm geninə görə heterezigot olan qadınlarda X-xromosomunun inaktivləşməsi nəticəsində gözün tor qişasında ən azı dörd tip kolbacıq olmalıdır. Ola bilsin ki, bu resessiv gen onlara əlavə rəng duyma imkanı verir.

Rənglər sadəcə illüziyadır

Daltonizm haqqında müasir təsəvvürlərə əsaslanıb qeyd etmək olar ki, bu bir xəstəlik deyil. Belə ki, bir çox fiziklərin fikrinə görə bizi əhatə edən dünyada rəng yoxdur. Rənglər sadəcə bizim beynimizin yaratdığı illüziyadır və fiziki reallıqda rəng anlayışı yoxdur. Fizika üzrə Nobel mükafatı laureatı Erwin Schroeder yazır: “Əgər siz bir fizikdən soruşsanız ki, onun düşüncəsində sarı rəng varmı, o sizə cavab verəcək ki, bu sadəcə uzunluğu 590 nanometr olan eninə elektromaqnit dalğalardır. Həmin dalğalar insan gözünün tor qişasının üzərinə düşdükdə sarı rəng hissi yaradır.”

Daltonizm təkamül amili kimi

Ömrünün bir çox illərini qədim mətnlərin öyrənilməsinə sərf edən Kanadalı psixiatr Richard Berk ehtimal edir ki, bizim uzaq əcdadlarımız ətraf aləmi ağ-qara tonlarda görürdülər. Berk-in fikrincə təkamül prosesində işıq duyğusu sarı və göy rənglərə parçalandı. Bir müddət sonra isə sarı rəng qırmızı və yaşıla parçalandı. Bir sıra tədqiqatçılar bu keyfiyyətin yaranmasını gün işıqında qida axtarmaq zərurəti ilə əlaqələndilirlər. Məhz rəngli görmə qabiliyyəti qədim insanlara rəngli giləmeyvələr tapmağa kömək edirdi. Nəzərə çatdırmaq lazımdır ki, indiki meymunların bir çoxu dixromatdırlar (qırmızı və yaşıl rəngləri ayırd edə bilməmə). Yalnız insanlar və bir neçə meymun növü trixromatdırlar (gözün tor qışasında üç növ kolbacıq olması).

Qeyd: Son tədqiqatlara əsaslanaraq demək olar ki, rəng korluğu insanlar arasında daha çox yayılıb, nəinki makakalar arasında.

Dünyaya daltoniklərin gözü ilə baxış

Daltonizm ilə bağlı geniş məlumatları nəzərə alıb demək olar ki, 0,5% qadınlarda, 8% kişilərdə bu pozuntuya rast gəlinir. Bəs daltoniklər dünyanı necə görür? Yəqin ki, bir çoxlarımız bu sualı özümüzə vermişik. Əslində daltonizm bizim təsəvvür etdiyimizdən tamamilə fərqlənir. Qeyd etmək lazımdır ki, heç də hamı ağ-qara görmür. Rəng duyumunun bir neçə tipdə pozuntusu var. Bunlardan ən geniş yayılmışları aşağıdakılardır.

Normal rəng duyumu olan insanlar bu cür görür.

Deyteranomaliya – daltonizmin ən çox rast gəninən formasıdır. Kişilər arasında 4,63%-də bu tipə rast gəlinir. Ancaq çox vaxtı özləri belə bunun fərqində deyil. Şəkildən də göründüyü kimi bütün rənglər solğundur. Əsas da yaşıl və qızmızı rənglər parlaqdıqda itirir.

Protanopiya – deyteranomaliya ilə oxşar rəng pozuntusudur. Lakin nisbətən daha az rast gəlinir; təxminən 1%  kişilərdə. Göründüyü kimi yenə də yaşıl və qırmızı rənglər solğundur, göy və sarı isə demək olar ki, dəyişilməyib.

Tritanopiya – daltonizmin ən az təsadüf edilən formasından biridir. Qadınlar və kişilərdə eyni dərəcədə rast gəlinir. Bu insanlar dünyanı sadəcə yaşıl-çəhrayı tonlarda görürlər.

Tam rəng korluğu isə ən nadir tipdir. Dünyada ortalama cəmi 0,00003% insan daltonizmin bu formasından əziyyət çəkir.

 

 

Mənbə:

  1. russian7.ru
  2. zefirka.net

Redaktor: Lalə Həsənova

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
20,400SubscribersSubscribe

INSTAGRAM

Rosenhan təcrübəsi – Ağıllı və dəliləri həqiqətən də, fərqləndirə bilirik?

Stanford universitetinin professoru David Rosenhan 1973-cü ildə psixiatrların (əslində elə bütün cəmiyyətin) psixologiyası normal olan və olmayan şəxsləri həqiqətən fərqləndirib-fərqləndirməyəcəyini görmək...

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm