Elm adamları illərdir SARS bənzəri yeni koronavirus epidemiyaları barədə xəbərdarlıq edir

Post date:

Author:

Category:

“Hər hansı bir qiyamət filmi, elm adamlarını dinləməyən siyasətçilər və xalq ilə başlayır.”

Bu cümlə köhnəlmiş oldu? Gəlin buna baxaq.

“Koronaviruslar, genetik rekombinasiyadan keçmələri ilə tanınan virus qrupudur. Bu, yeni genotiplər və epidemiyalara səbəb ola bilər. Atnalı yarasalarında SARS-CoV virusunun geniş yayılmış olması, Cənubi Çində ekzotik məməlilərin tükətilməsi mədəniyyəti ilə birləşdirildiyində vəziyyəti tik takları eşidilən bomba halına gətirir. Heyvanlardan və ya laboratoriyadan gələn SARS və ya digər yeni virusların ortaya çıxması ehtimaldır və bu səbəblə hazırlıqlar göz ardı edilməməlidir.”

Bu cümlələr, 2007-ci ildə Clinical Microbiology Reviews jurnalında yayımlanan məqalənin bitiş cümləsidir. Məqalə yazarları Hong Kong Universitetindən Vincent C. C. Cheng, Susanna K. P. Lau, Patrick C. Y. Woo və Kwok Yung Yuen’dir.

Bunları dinlədikmi? Xeyr.

Bundan 1 il sonra, 2008-ci ildə də Çinli elm adamları daha çox rast gəlinən meyvə yarasalarında da SARS bənzəri viruslara rastladı.

Buradakı təhlükəyə qulaq verdikmi? Yox.

2015 ilində Nature Medicine məqaləsi belə yazır:

“Tapıntılarımız mərhəmətsiz tipdə olub, SHC014 mizraq proteinini kodlayan qrup 2b virusların insanların tənəffüs yollarındakı ACE2 reseptor ortoloqlarını istifadə edərək buralarda çoxala biləciyini və SARS-CoV epidemiyasından alınan nümunələrə bənzər səviyyələrə çata biləcəyini göstərməkdədir.”

Hansımız bunu eşitdik? Heç birimiz.

2016-cı ildə Dünya Səhiyyə Təşkilatı koronavirusları ən çox bilinən 8 viral təhlükə siyahısına əlavə etdi.

Xəbərimiz oldu? Xeyr.

2017-ci ildə əhali sağlamlığı mütəxəssisləri epidemiyaya hazır olmağımız barəsində illərdir xəbərdarlıq etdiklərini bildirdilər.

Tədbir gördük? Xeyr.

İllər boyu onlarla simulasiya yayınlandı, sayısız ölkə hazırlıq testləri etdi və vəziyyətin təhlükəli olması barədə dünyanı xəbərdar etdi.

Hər hansı birini dinlədik? Xeyr.

Tam tərsini etdik.
Yeni epidemiya dünyanı bir-birinə qatdığında, illərdir yayılan bütün bu elmi xəbərdarlıqları alıb komplo nəzəriyyələrinə çevirdik və xalqa satdıq. “Koronavirus əslində bilərəkdən yayılıb.”, “Bill Gates koronavirusu öncədən bildirmişdi, çünki özləri yaradırdılar.” və neçə neçə boş yazılar.

İllərdir yuxarıdakı elmi yazıların heç birindən bir kəlmə deməmiş insanlar sosial medyanın bəxş etdiyi rahatlıq sayəsində bu məqalələri elmə qarşı silah kimi istifadə etdilər. Bioterror silah olaraq bildirib, xalqı yalan xəbərlərə inandırmağa çalışdılar. Açıq şəkildə təkamülün təbii məhsulu olduğunu bilə-bilə buna qulaqlarını bağladılar. Eynilə elmin digər məsələlərinə qulaqlarını bağladıqları kimi. Çünki xəyal gücü, elmi gerçəklərdən daha maraq oyandırıcıdır.

Hal hazırda, 27 Mart 2020, saat 18:00 göstəriciləri ilə “SARS bənzəri yeni virus” 552943 nəfəri xəstə etdi, 25045 nəfəri öldürdü.

Bəs bugünə qədər niyə peyvənd hazırlamadıq? Niyə bunu bütün dünyaya yaymadıq? Çünki peyvənd istehsalı mənfəətə dayanır. Qısaca desək, SARS məhv olduqdan sonra SARS bənzəri virusları diqqətə alacaq heç bir maddi əsas qalmadı.

Yaxşı ki, tamamilə axmaq deyilik. Elm adamlarının tapıntıları sayəsində SARS epidemiyasından öyrəndiklərimizi sürətli şəkildə MERS epidemiyasında da istifadə etdik. Bu sayədə SARS’dan daha çox ölümcül olan MERS’i daha sürətli şəkildə analiz etdik və dayandırdıq. Əlbəttə, MERS’in simptomlarının çox bariz olmasının da köməyi oldu, amma yenə də biraz hazır idik.
SARS-CoV-2 isə daha sərt sillə kimi vurdu. Çünki SARS və MERS’dən çox sürətli yayılır və daha az ölümcüldür. Buna görə də onu saxlamaqda çətinlik çəkirik.

Bu qədər il dərman, peyvənd istehsalına zəhmət etmədikdə də ölürük. Bu məntiqlə davam etsək, hələ çox ölərik. Nə olacaq? 3 ay, 10 ay, 2 il, 5 il, 10 il sonra bu virusdan qurtulacağıq və hərkəs öz həyatına davam edəcək. Hər şey əvvəlki vəziyyətinə qayıdacaq.

Komplo nəzəriyyəçiləri də nəzəriyyələrini sataraq ünvan qazanmağa; xalq, elm yerinə saxtakarları əl üstündə tutmağa; elm adamları isə inadla xalqın diqqətini çəkməyə…

Mənbələr:

  1. Bilim İnsanları, 2007 ve 2015 Yıllarında SARS Benzeri Yeni Koronavirüs Salgınları Konusunda Uyarmıştı! Dinleyen Olmadı… (2020, Mart 18). Alındığı Yer: Evrim Ağacı
  2. D. Mackenzie. We Were Warned – So Why Couldn’t We Prevent The Coronavirus Outbreak?. (2020, Mart 04). Alındığı Tarix: 18 Mart 2020. Alındığı Yer: New Scientist
  3. IANS. Researchers Warned Re-Emergence Of Sars-Like Virus In 2007. (2020, Fevral 16). Alındığı Tarix: 18 Mart 2020. Alındığı Yer: Gulf News
  4. V. D. Menachery, et al. (2015). A Sars-Like Cluster Of Circulating Bat Coronaviruses Shows Potential For Human Emergence. Nature Medicine, sf: 1508-1513

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
20,400SubscribersSubscribe

INSTAGRAM

Rosenhan təcrübəsi – Ağıllı və dəliləri həqiqətən də, fərqləndirə bilirik?

Stanford universitetinin professoru David Rosenhan 1973-cü ildə psixiatrların (əslində elə bütün cəmiyyətin) psixologiyası normal olan və olmayan şəxsləri həqiqətən fərqləndirib-fərqləndirməyəcəyini görmək...

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm