Epimenides Paradoksu:Epimenides kimdir?

Post date:

Author:

Category:

Biz eradan əvvəl  VII yüzillikdə Krit adasında Epimenides (yun. Ἐπιμενίδης) adlı bir müdrik insan yaşamışdır. Onun haqqında deyirdilər ki, o çoxlu möcüzələr göstərmişdir. Bir rəvayətə görə gənc yaşlarında Epimenides bir ma ğarada yuxuya getmişdir.  Ayıldıqdan sonra geri qayı-danda isə görmüşdür ki, doğma şəhəri dəyişmişdir . Sonra bilinmişdir ki, o 57 il yatmışdır. Elə o zaman da ona özəl biliklər verilmişdir. Bundan sonra Epimenides tanınmış və siyasətlə məşğul olmuş, kahinlik etmişdir. Məhz bu rəvayət Qurani-kərimdəki 18-ci sürə ilə (Əshabi -Kəhf) olduqca oxşardır. Həmçinin buna bənzər rəvayətlərə xristian dinində də rast gəlmək olar.

            Epimenides paradoksu

epimenides paradoksu nedir ile ilgili görsel sonucu

Epimenides ilk dəfə insanlar tərəfindən iddia edilən fikirlərdə daxili ziddiyyətlərin olmasına fikir vermişdir . O, bir kritlinin “Bütün Krit sakinləri yalançıdır” iddiası haqqında düşünərkən paradoksunu yaratmışdır:

  1. Bütün Krit sakinləri yalançıdırsa , bunu deyənin özü də yalançıdır onun sözünə inanmaq olmaz.
  2. Əgər “bütün Kritlilər yalançıdır” fikrini qəbul etməsək , onda bütün Kritlilər doğru demiş olur. O zaman da bu adam doğru demiş olur.

Bu məsələ üzərində düşüncə riyaziyyata yeni bir ifadənin gəlməsi ilə nəticələndi. “Bütün kritlilər yalançıdır” ifadəsi yanlışdırsa , onun qarşılığı “Bütün kritlilər dürüstdür” ifadəsi deyil , “Heç olmasa bir kritli dürüstdür” ifadəsidir.

 

Beləliklə, buna bənzər iddiaların daxilində ziddiyyət vardır və onlara “antinomiya” deyilir. Sonralar isə ZenonEubulides kimi filosoflar buna bənzər ziddiyyətlərin çoxlu örnəklərini ortaya çıxara bilmişdilər.

BAX: Zenonun’ Axilles və tısbağa’paradoksu

MƏNBƏLƏR:

Matematik canavarı

A.Əlizadə- antik fəlsəfə tarixi

STAY CONNECTED

20,764FansLike
2,507FollowersFollow
16,400SubscribersSubscribe

INSTAGRAM

Ziya Mehdiyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ TƏHSİL ALIR. ƏSASƏN FƏLSƏFƏ,PSİXATRİYA/PSİXOLOGİYA,TİBB BÖLMƏSİNDƏ MƏQALƏLƏR YAZIR. REZONANSIN İDEYA MÜƏLLİFİDİR.

Rosenhan təcrübəsi – Ağıllı və dəliləri həqiqətən də, fərqləndirə bilirik?

Stanford universitetinin professoru David Rosenhan 1973-cü ildə psixiatrların (əslində elə bütün cəmiyyətin) psixologiyası normal olan və olmayan şəxsləri həqiqətən fərqləndirib-fərqləndirməyəcəyini görmək...

Matilda effekti – Cinsiyyətə görə təyin edilən etibar

Elmdə ən önəmli kəşflərə verilən nüfuzlu Nobel mükafatının indiyədək 800-dən çox kişi alim sahibi olsa da, qadın mükafatçıların 50-dən az olduğunu...

Edip kompleksi: mifologiya və psixologiya

"Kor Edip uşaqlarını tanrılara tapşırır", Benini Qaqnero (The blind Oedipus commending his children to the Gods, Benigne Gagneraux), Nationalmuseum, Stokholm