Qədim Misirdən günümüzə mavi rəngin tarixçəsi

1
1105

Mavi rəng tarixən Yerdəki ən önəmli iki təbiət elementi olaraq bilinən okean və səma ilə əlaqələndirilmişdir. Lakin həmişə belə deyil.

Mavi rəng, ilk olaraq, Misirdə meydana gəlmiş və növbəti 6000 il ərzində davamlı inkişaf etmişdir. Ən yeni çaları 10 ildən daha az vaxt ərzində tapılan bu rəng indiki vaxtda da inkişaf etməyə davam edir. İndi sizlərlə rəngin diqqətçəkən hekayəsini bölüşək.

Misir Mavisi (Egyptian Blue)

e.ə. 1750-1640 (Foto: Metropoliten muzeyi,Rogers Fund və Edward S. Harkness Gift, 
1992.)

Misirlilərə etdikləri bir çox ixtiraları üçün təşəkkür edə bilərik. Bu ixtiralarından biri də mavi rəngi bizə qazandırmaqlarıdır. Süni olaraq çıxarılmış və Misir Mavisi (eyni zamanda cuprorivaite) olaraq bilinən ilk toz rəngin e.ə 2200-ci illərdə istehsal edildiyi düşünülür. Torpaqdan əldə edilən əhəngdaşının qum ilə azurit və malaxit tərkibli minerallarla qarışığının 1470-1650 F° arasında qızdırılması ilə əldə edilmişdir.

Misirlilər mavinin bu çalarını çox önəmsəmişlər və keramikaları, heykəlləri hətta fironların qəbirlərini bu rəngdə boyamışlar. Bu rəng Roma İmperatorluğunda məşhurluğunu qorumuş və yeni Yunan-Roma dövrünün sonlarında yeni rəng istehsal metodları tapılana qədər istifadə edilmişdir (e.ə. 332 – e. 395).

Aslan fiquru e.ə 1981-1640 (Foto: Metropoliten müzeyi, Rogers Fund və Edward
S. Harkness Gift, 1992.)

Əyləncəli faktlar2006-cı ildə elm adamları Misir mavisinin lüminissent işıqları altında infraqırmızı şüalar yaydığını kəşf etdilər.

Dəniz mavisi (Ultramarine)

"Müqəddəs Bakirə və uşağı qadın müqəddəslərlə birlikdə" Cerard Devid (Gerard David) 1550.
(Foto: Wikimedia Commons) 

Dəniz mavisinin hekayəsi 6000 il əvvəl Lapis lazuli daşının Əfqanıstan dağlarından Misirlilər tərəfindən gətirilməsi ilə başlayır. Ancaq Misirlilər hər nə qədər istəsələr də, bunu boyaya çevirə bilmədilər. Hər sınaq solğun boz rənglə nəticələndi. Bunun yerinə bu daşı bijuteriya kimi istifadə etdilər.

Eyni zamanda gerçək mavi olaraq da bilinən Lacivərd daşı (Lapis lazuli) ilk dəfə 6-cı yüzillikdə toz boya olaraq ortaya çıxmış və Əfqanıstandakı Bamiyan vilayətindəki Budist lövhələrində istifadə edilmişdir. 14-cü və 15-ci əsrlərdə rəng özü İtalyan tacirlər tərəfindən idxal edildiyində latıncada ultramarinus yəni, “həddindən artıq dəniz” mənası kimi başa düşülən rəng dəniz mavisi olaraq yenidən adlandırılmışdır. Bu rəngin dərinliyi, kral mavisi olmaq xüsusiyyəti Orta əsrlər Avropasında yaşayan rəssamlar tərəfindən çox rəğbət qazanmışdır.

"İnci sırğalı qız" Johannes Vermeer, təxminən 1665.(Foto: Wikipedia Commons {{PD-US}})

Dəniz mavisi sıxlıqla və sadəcə Davidin “Bakirə və uşağı qadın müqəddəslərlə birlikdə” adlı əsərində gördüyümüz bakirə Məryəmin mavi qurşağında olduğu kimi ən önəmli komissiyalar tərəfindən istifadə edilmişdir. İddialara görə Barokko sənətkarı “İnci sırğalı qız” adlı əsərin rəssamı  Yohannes Vemer (Johannes Vermeer) bu rəngi o qədər çox sevirmiş ki, buna görə ailəsini borc bataqlığına sürükləmişdir. 1826-cı ildə Fransız bir kimyagər tərəfindən “Fransız dəniz mavisi” olaraq adlandırılan süni dəniz mavisi icad edilənə qədər bu rəng hədsiz şəkildə baha idi.

Əyləncəli faktlarSənət tarixçiləri dəniz mavisi boyasını almağa maddi gücü çatmadığı üçün Michelangelonun “Dəfn Mərasimi” adlı əsərini yarımçıq buraxdığını iddia edirlər.

Kobalt mavisi (Cobalt blue)

"Skiff (La Yole)" Pierre-Auguste Renoir, 1875. (Foto: Wikimedia Commons {{PD-US}})

Kobalt mavisinin tarixi 8-ci və 9-ci əsrlərə gedib çıxır və xüsusilə, Çində keramikaları, ləl-cəvahiratları rəngləməkdə istifadə edilmişdir. Alüminium-oksid tərkibli daha saf versiyası 1802-ci ildə fransız kimyagər Luiz Jak Tenard (Louis Jacques Thénard) tərəfindən tapılmış və ticarət istehsalı 1807-ci ildə Fransada başlamışdır. C.M.U Törner (J. M. W. Turner), Pier Aqust Rinor (Pierre-Auguste Renoir) və Vinsent Van Qoq (Vincent Van Gogh) kimi rəssamlar bu yeni toz rəngi bahalı olan dəniz mavisinə alternativ olaraq istifadə etmişlər.

"Dinky Bird" Maxfield Parrish, 1904. (Foto: Wikimedia Commons {{PD-US}})

Əyləncəli faktlar: Kobalt mavisi, rəssam Maxfield Parrishin əsərlərində tez-tez qarşımıza çıxdığı üçün, Parrish mavisi olaraq da adlandırılır.

Göy Mavisi (Cerulean)

"Yaz Günü"  Berthe Morisot, 1879. (Foto:  Wikimedia Commons {{PD-US}})

Əslən kobalt maqnezium stannat birləşməsindən əmələ gələn göy mavisi 1805-ci ildə qalay-oksidin Andres Höpfner (Andreas Höpfner) tərəfindən Almaniyada sobalaşdırılması ilə mükəmməlləşdirilmişdir. Ancaq “coeruleum” adı altında  Rowney and Company tərəfindən 1860-ci ilə kimi satılanadək bu toz rəng sənət aləmində istifadə edilməmişdir. Rəssam Bört Morisot (Berthe Morisot) 1887, “Yaz günü” (Sommertag) adlı əsərindəki qadının mavi paltosunu rəngləmək üçün göy mavisini lacivərd və kobalt mavisi ilə birlikdə istifadə etmişdir.

Əyləncəli faktlar: 1999-cu ildə Pantone bir mətbuat konfransında göy mavisini “Millenium mavisi” və “Gələcəyin rəngi” olaraq elan etmişdir.

Çüyüt Mavisi (İndigo)

İndigo mavisi. Drezden Texniki Üniversiteti tarixi boya kolleksiyasından, Almanya.
(Foto: Wikimedia Commons(CC BY-SA 3.0))

Mavinin rəsmdə istifadəsi maddi cəhətdən ağır olsa da, parça boyamaqdan çox daha ucuz başa gəlməkdə idi. Lapis lazuli daşının nadir tapılmasının əksinə, “çüyüt mavisi” olaraq bilinən bu yeni mavi boyanın dünya miqyasındakı istehsalı boyaq çüyütotu ağacından (İndigofera tinctoria) qarşılanırdı. Bu səbəblə xərci daha ucuz idi və tekstildə geniş yayılmasına səbəb oldu. Bu rəngin idxalı 16-cı əsrdə Avropa tekstil ticarətini olduqca canlandırmışdır.

Çüyüt mavisi parça boyama (İngiltərə) 18. əsrin sonları.(Foto: Matt Flynn 
 Wikimedia Commons {{PD-US}})

1880-ci ildə süni çüyüt mavisi tapılanda təbii çüyüt mavisinin yerini almışdır. Bu piqment bu gün də mavi cins şalvarları rəngləməkdə istifadə olunur. Ancaq son 10 ildən çoxdur ki, elm adamları bakteriya Escherichia colinin bitkilərdə çüyüt meydana gətirən eyni kimyəvi-reaksiyanı istehsal etmək üçün bio-mühəndis ola biləcəyini aşkar etdilər. “Bio-indigo” mavisi olaraq adlandırılan bu metod gələcəkdə ekologiya dostu parçalar istehsal etmədə böyük rol oynayacaqdır.

Əyləcəli faktlar: “Rəng spektrinin (color spectrum)”müəllifi olan İsaak Nyuton (Sir İsaac Newton), göyqurşağının yeddi fərqli rənginin həftənin yeddi gününə, yeddi bilinən planetlərə, musiqidəki yeddi nota uyğun olduğunu müdafiə edir. Dövrümüzün elm adamlarından çoxu göyqurşağının beş rənginin olduğuna inandığı halda, Nyuton çüyüt mavisinin narıncı rənglə birlikdə var olduğunu bildirir.

Göy (Navy blue)

"Hərbi dəniz tələbələri uniformada" 1877. (Foto: Wikimedia Commons {{PD-US}})

Rəsmi olaraq dəniz mavisi adı ilə bilinən mavinin ən tünd çaları göy olaraq da adlandırılır. Bu rəng İngilis Kral Donanması (British Royal Navy) uniformalarına uyğunlaşdırılıb 1748-ci ildən etibarən məmurlar və dənizçilər tərəfindən geyinilmişdir. İndiki dəniz qüvvələri rəngin solmağının qarşısını almaq üçün uniformaların rəngini qara rəngə yaxın yaxşıca tündləşdirmişlər. 18-ci əsrdən bəri çüyüt mavisi tarixi göyün təməlini qoymuşdur.

Prussiya mavisi (Prussian blue)

"Kanaqavanın böyük dalğası" Katsushika Hokusai, 1831. (Foto: Wikimedia Commons 
{{PD-US}})

Berlin mavisi olaraq da bilinən Prussiya mavisi, Alman boya emalatçısı İohan Yakob Dyesbax (Johan Jacob Diesbach ) tərəfindən təsadüfən tapılmışdır. Əslində, Dyesbax yeni bir qırmızı əldə etmək üzərində işləyərkən vəsaitlərindən biri olan potaş heyvan qanına qarışdı. Ancaq nəticə daha qırmızı deyil, tam əksinə, iki maddənin kimyəvi-reaksiyaya girməsi nəticəsində, parlaq bir maviyə döndü. Bu da öz növbəsində yeni bir mavi çaları əldə etməmizə səbəb oldu.

Prussiya mavisi toz boya. (Foto: Wikimedia Commons (CC0 1.0))

Pablo Pikasso (Pablo Picasso), Mavi dövrdə (Blue Period)” bu rəngi sıx-sıx istifadə etmişdir. Yapon taxta-blok sənətçisi olan Katsushika Hokusai məşhur əsəri Kanaqavanın böyük dalğası  (The Great Wave off Kanagawa)” adlı əsərində yenə Prussiya mavisini istifadə etmişdir. Ancaq Prussiya mavisi əsas nöqtələri ortaya çıxarmaq üçün istifadə edilməmişdir. 1842-ci ildə İngilis astronom Con Herşel (Sir John Herschel) Prussiya mavisinin işığa qarşı olan bənzərsiz həssaslığını və rəsm əsəri yarada bilmək üçün möhtəşəm çalarını kəşf etmişdir. Bu kəşf indi “ozalit” olaraq bilinən memarların planlarının və dizaynlarının kopyalamaqlarını təmin etmişdir.

Əyləncəli faktlar: Dövrümüzdə Prussiya mavisi, metal zəhərlənməsinə çarə olan bir dərmanda istifadə edilir.

Beynəlxalq Kleyn mavisi (İnternational Klein blue) 

"Lakkord mavisi (RE 10)" 1960, Yves Kleyn. (Foto: Wikimedia Commons (CC BY-SA 3.0))  

Rənglərə aşiq olan Fransız rəssam Yves Kleyn (Yves Klein) 1960-cı ildə dəniz mavisi rənginin mat versiyasını inkişaf etdirmiş, Beynəlxalq Kleyn mavisi (İnternational Klein Blue İKB) adı ilə patentini almışdır. 1957-ci ildə Milanda sərgilədiyi 11 ədəd çərçivəsiz BKM (İKB) monoxrom əsəri ilə adını tanıtmışdır. Kleyn Beynəlxalq Kleyn mavisinə buladığı hər növ obyektdən əmələ gələn əsərlərini Mavi İnqilab adlandırırdı. Ən maraqlı şoularından birini də 1960-cı ildə Parisdə təşkil etdiyi “Mavi Çağda Antropometriklər” adlı sərgisinin açılışında etdi. Kostyumla səhnəyə çıxan Kleyn 20 dəqiqə boyunca tək bir notun ifa edilməsi ardından 20 dəqiqə səssizlik ehtiva edən Monoton Səssizlik Simfoniyası müşayiətində “canlı fırçalar” olaraq adlandırdığı və bədənləri mavi rəngi rənglənmiş 3 çılpaq modeli bəyaz kətanlara istiqamətləndirərək bədən izləri çizmişdi.

"IKB 191" 1962, Yves Kleyn. (Foto: Xristof Brokas  Flickr (CC BY-NC-ND 2.0))

Kəşflərin sonuncusu: YlnMn

"YlnMn mavisi" (Foto: Wikimedia Commons (CC BY-SA 4.0))

Oreqan Dövlət Universitetinin professoru Mas Subramanian və tələbəsi Andrew E. Smith tərəfindən 2009-cu ildə mavinin yeni bir çaları təsadüfən tapıldı. Cütlük elektron cihaz istehsalında yeni materiallar tapmaq üçün işləyərkən bu parlaq mavini əldə etdilər. Yttrium indiyum və manqan kimyəvi birləşməsindən əmələ gəldiyi üçün də adı YlnMn Mavisi olaraq müəyyənləşdirildi və 2006-cı ilin iyunundan etibarən bu mavi çalar ticarət istifadəsinə açıldı.

Əyləncəli faktlar: YlnMn mavisi bu yaxınlarda Crayola Karandaş Boya kolleksiyasına əlavə olunmuşdur.

 

R.M.C üçün tərcümə etdi: Yaqubov Şəhriyar

Mənbələrhttp://www.matematiksel.org/antik-misirdan-gunumuze-mavi-rengin-tarihcesi/

https://mymodernmet.com/shades-of-blue-color-history/

Redaktə etdi: Pəri Abbaslı

1 ŞƏRH

Şərh yaz

Şərhinizi daxil edin!
Adınızı daxil edin